2 Noyabr 10:40 “Çempionatda aşkar favorit yoxdu” – Limam Seydi
FUTBOL xəbərləri 2 Noyabr 10:40
6018 baxış

“Çempionatda aşkar favorit yoxdu” – Limam Seydi

“İnter”in fransalı hücumçusu Limam Seydinin apasport.az saytına müsahibəsi

 

- “Zirə” ilə görüş sizin üçün “İnter Arena”da ilk oyun idi. Təəssüratlarınızı bölüşərdiz…

- Xal itirmək istəmirdik. Qələbə qazanmaq üçün şanslarımız da oldu. Yaratdığımız qol vəziyyətlərindən birindən istifadə etsəydik, meydanı qalib tərk edəcəkdik. Amma imkanlardan yararlana bilmədik. Təbii ki, doğma meydanda ancaq qələbə haqda düşünmək lazımdı.

 

- Qol şanslarını realizə etməyə nə mane oldu? Yeri gəlmişkən, sizin də ən azı 2 epizodda fərqlənmək imkanınız var idi…

- Bunu analiz edə bilməyəcəm. Hər halda, qol vurmağı hamıdan çox istəyirik. Özümün fərqlənməli olduğum epizodlara gəldikdə, hələ adaptasiya prosesi keçirəm. Komandada yeni olduğuma görə, zamana ehtiyacım var. Bu prosesi keçdikdən sonra hər şeyin yaxşı olacağına əminəm.

 

- Son iki turda adınız oyunun iştirak ərizəsinə daxil edilsə də, meydana buraxılmadınız. Baş məşqçinin sizə tam güvənə bilməməyi hazır olmamağınızla bağlıdı?

- Addım-addım “artırıram”. Yeni ölkə, komanda – bunlar hamısı təsir edən məqamlardı. “İnter”ə gələndən əsas heyətdə də, ehtiyatdan da meydana çıxmışam. Son iki oyunda niyə şans verilmədiyini isə baş məşqçi bilər. Mən hansısa problem görmürəm. Amma onun işinə də qarışa bilmərəm. Zaur Svanadze məşq prosesində hər şeyi görür. Bura “İnter”ə kömək etmək, oynamaq üçün gəlmişəm. Fikrimcə, tədricən hər şey qaydasına düşəcək.

 

- Son 5 turda cəmi 1 qələbə qazanmısız. Avrokuboklara vəsiqə qazanmaq istəyən komanda üçün bu göstəricini nə dərəcədə uğurlu hesab etmək olar?

- Əlbəttə, bu cür nəticədən sonra çıxışımızı uğurlu saymırıq. Qeyri-sabit nəticələr əldə edirik. Bu da turnir cədvəlindəki mövqeyimizə təsir edir. Digər tərəfdən, rəqiblərimizi də kiçiltmək olmaz. Hər biri sona qədər mübarizə aparır. Premyer Liqada elə mənzərə yaranıb ki, bütün komandalar bir-birindən xal almağa çalışır. Demək olar ki, aşkar favorit yoxdu. Ona görə də, hər oyunun öz çətinliyi var.

 

- “Zirə” də dediyiniz komandaların sırasındadı?

- Həqiqətən, “Zirə” yaxşı komandadı. Heyətlərində təcrübəli yerli və əcnəbi futbolçular var. 90 dəqiqə ərzində mübarizə apardılar.

 

- Bəs “İnter” necə, təsəvvür etdiyiniz komandadımı?

- Bura gələndə hansı komandaya keçdiyimi bilirdim. “İnter” kifayət qədər güclüdü. Komandamız oyundan-oyuna daha yaxşı futbol sərgiləyir.

 

Xəbər lenti