22 İyun 14:19 Çempionlar Liqası: “Qarabağ”ın rəqibi bəlli oldu - YENİLƏNİB
FUTBOL xəbərləri 22 İyun 14:19
9448 baxış

Çempionlar Liqası: “Qarabağ”ın rəqibi bəlli oldu - YENİLƏNİB

Bu gün Çempionlar Liqasının 2015/16 mövsümünün ilk püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə  ilk 2 təsnifat mərhələsinin cütləri müəyyənləşib.

 

Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının I və II təsnifat mərhələsinə ümumilikdə 38 komanda qatılacaq. Mərasimin 1-ci hissəsində qitənin ən aşağı reytinqli 8 çempionatının qaliblərinin iştirak etdiyi I təsnifat mərhələsinin püşkü atılıb. Bu raundda 4 cüt mübarizə aparacaq.

 

II təsnifat mərhələsinin püşkatması zamanı əvvəlki raundun 4 cütü ilə yanaşı, 30 komanda da rəqibini tanıyıb. Bu komandalar arasında Azərbaycan çempionu “Qarabağ” da var.

 

Mübarizəyə II təsnifat mərhələsindən başlayacaq Ağdam klubunun ilk rəqibi Monteneqro təmsilçisi olacaq. Qurban Qurbanovun yetirmələri “Rudar”la üz-üzə gələcək.

 

Təmsilçimiz ilk oyununu evdə keçirəcək. Bu matç iyulun 14-15-də baş tutacaq. “Qarabağ”ın səfərdə keçiriləcək cavab matçına iyulun 21-22-də çıxacaq.

 

Çempionlar Liqası

 

I təsnifat mərhələsi

(30 iyun-1 iyul və 7-8 iyul)

 

1. “Linkoln” (Cəbəllürariq) - “Santa Koloma” (Andorra)

2. “Kruzaders” (Şimali İrlandiya) - “Levadiya” (Estoniya)

3. “Pünik” (Ermənistan) -  “Folqor” (San-Marino)

4. B-36 (Farer adaları) - TNS (Uels)


II təsnifat mərhələsi

(14-15 iyul və 21-22 iyul)

“Hibernians” (Malta) - “Makkabi” (Təl-Əviv, İsrail)

APOEL (Kipr) - “Vardar” (Makedoniya)

“QARABAĞ” (AZƏRBAYCAN) - “Rudar” (Monteneqro)

“Sarayevo” (Bosniya və Herseqovina) -  “Lex” (Polşa)

“Maribor” (Sloveniya) - “Astana” (Qazaxıstan)

BATE (Belarus) - “Dandalk” (İrlandiya)

HİK (Finladniya) - “Ventspils” (Latviya)

“Midtulland” (Danimarka) - I təsnifat mərhələsinin I cütünün qalibi

“Molde” (Norveç) - I təsnifat mərhələsinin III cütünün qalibi

“Malmö” (İsveç) -  “Jalgiris” (Litva)

“Seltik” (Şotlandiya) - “Styarnan” (İslandiya)

Trençin” (Slovakiya) - “Sryaua” (Rumıniya)

“Partizan” (Serbiya) -  “Dila” (Gürcüstan)

“Ludoqorets” (Bolqarıstan) - “Milsami” (Moldova)

“Fola” (Lüksemburq) - “Dinamo” (Xorvatiya)

“Skenderbeu” (Albaniya) - I təsnifat mərhələsinin II cütünün qalibi

I təsnifat mərhələsinin IV cütünün qalibi -  “Videoton” (Macarıstan)

 

Xəbər lenti