26 Avqust 09:13 Çempionlar Liqası tarixində görünməmiş hadisə!
FUTBOL xəbərləri 26 Avqust 09:13
5628 baxış

Çempionlar Liqası tarixində görünməmiş hadisə!

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarının ilk günü Avropa futbol tarixində ilklə nəticələnib. Apasport.az saytının məlumatına görə, Fransa təmsilçisi “Monako”nu mübarizədən kənarlaşdıran “Valensiya” qitənin ən nüfuzlu klub turnirində görünməmiş hadisəni rəsmiləşdirib.

 

Belə ki, “yarasalar” ölkəsinin qrup mərhələsində 5-ci təmsilçisi olub. Valensiyanın eyniadlı təmsilçisi birbaşa əsas raunda vəsiqə qazanan “Real”, “Barselona”, “Atletiko” və “Sevilya”ya qoşulub. Bununla, Çempionlar Liqasının 23 illik tarixində ilk dəfə qrupda eyni ölkədən 5 komanda oynayacaq.

 

“Valensiya” ilə yanaşı, “Dinamo” (Xorvatiya), “Şaxtyor” (Ukrayna), “Malmö” (İsveç) və “Makkabi” (Təl-Əviv, İsrail) də Çempionlar Liqasının qrupuna düşüb. Sonuncular 11 ildən sonra bu uğuru təkrarlayıb. Paytaxt təmsilçisi 2004-cü ildə bu yarışın qrupuna düşmüşdü.

 

Pley-offun 5 uğursuzu isə Avropa Liqasının qrupunda oynayacaq. “Monako” (Fransa), “Bazel” (İsveçrə), “Skenderbeu” (Albaniya), “Rapid” (Avstriya) və “Seltik” (Şotlandiya) qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən Azərbaycan klubları “Qəbələ” və “Qarabağ”ın potensial rəqibləri sırasına daxil olub. Lakin bunun üçün klublarımız da pley-offu adlayıb, qrupa düşməlidi.

 

Xəbər lenti