26 Avqust 00:51 Çempionlar Liqasında qruplara düşən ilk komandalar bəlli oldu - YENİLƏNİB
FUTBOL xəbərləri 26 Avqust 00:51
9155 baxış

Çempionlar Liqasında qruplara düşən ilk komandalar bəlli oldu - YENİLƏNİB

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, baş tutan 5 qarşılaşmadan sonra qrup mərhələsinə vəsiqə qazanan komandalar bəlli olub.

 

Qeydə alınan nəticələrdən sonra "Dinamo" (Xorvatiya), "Malmö" (İsveç), "Makkabi" (İsrail), "Şaxtyor" (Ukrayna) və "Valensiya" (İspaniya) qrupda oynamağa haqq qazanıblar.

 

Çempionlar Liqası, pley-off mərhələsi

Cavab oyunları

"Dinamo" (Zaqreb, Xorvatiya) - “Skenderbeu” (Albaniya) - 4:1

Qollar: Sudani, 9, 80, Hodzic, 15, Taravel, 55 - Eskerdinya, 10

İlk oyun - 2:1

 

“Malmö” (İsveç) - “Seltik” (Şotlandiya) - 2:0

Qol: Rozenberq, 23, Boyata, 55 (öz qapısı)

İlk oyun - 2:3

 

“Makkabi” (Təl-Əviv, İsrail) - “Bazel” (İsveçrə) - 1:1

Qollar: Zehavi, 24 - Zuffi, 11

İlk oyun - 2:2

 

“Şaxtyor” (Ukrayna) - “Rapid” (Avstriya) - 2:2

Qollar: Marlos, 10, Qladki, 27 - Şaub, 13, Hoffman, 22

İlk oyun - 1:0

 

“Monako” (Fransa) - “Valensiya” (İspaniya) - 2:1

Qol: Raqqi, 17, Elderson, 75 - Neqredo, 4

İlk oyun - 1:3

 

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin son 5 oyunu avqustun 26-da keçiriləcək.

 

Xəbər lenti