27 Avqust 07:38 Çempionlar Liqasında səbətlər açıqlandı
FUTBOL xəbərləri 27 Avqust 07:38
872 baxış

Çempionlar Liqasında səbətlər açıqlandı

Çempionlar Liqasında səbətlər açıqlandı

 

Çempionlar Liqasının səbətlərinin tərkibi açıqlanıb. Apasport.az saytının məlumatına görə, pley-off mərhələsinin cavab oyunlarından sonra əsas raundun 32 iştirakçısının siyahısı müəyyənləşib.

 

Bu da komandaların qrup mərhələsinin püşkü öncəsi səbətlərə bölünməsinə imkan verib. 17 ölkəni təmsil edən 32 komanda müvafiq şərtlərə əsasən 4 səbətə bölünüb. 1-ci səbətə yarışın son qalibi və UEFA reytinqində ilk 7 pillədə qərarlaşan ölkələrin çempionları yer alıb. Digər 24 klub öz reytinqinə görə səbətlərə bölünüb.

 

Qeyd edək ki, qrup mərhələsinin püşkü bu gün atılacaq.

 

1-ci səbət: "Barselona" (İspaniya), "Bavariya" (Almaniya), "Çelsi" (İngiltərə), "Benfika" (Portuqaliya), PSJ (Fransa), "Yuventus" (İtaliya), "Zenit" (Rusiya), PSV (Hollandiya)

 

2-ci səbət: "Real" (İspaniya), "Atletiko" (İspaniya), "Porto" (Portuqaliya), "Arsenal" (İngiltərə), "Mançester Yunayted" (İngiltərə), "Valensiya" (İspaniya), "Bayer" (Almaniya), "Mançester Siti" (İngiltərə)

 

3-cü səbət: "Şaxtyor" (Ukrayna), "Sevilya" (İspaniya), "Lion" (Fransa), "Dinamo" (Ukrayna), "Olimpiakos" (Yunanıstan), MOİK (Rusiya), "Qalatasaray" (Türkiyə), "Roma" (İtaliya)

 

4-cü səbət: BATE (Belsrus), "Borussiya" (Mönhenqladbax, Almaniya), "Volfsburq" (Almaniya), "Dinamo" (Xorvatiya), "Makkabi" (Təl-Əviv, İsrail), "Gent" (Belçika), "Malmö" (İsveç), "Astana" (Qazaxıstan)

Xəbər lenti