12 İyul 14:43 Cerard “Los Anceles Qalaksi”də ilk oyununa çıxdı - FOTO
FUTBOL xəbərləri 12 İyul 14:43
634 baxış

Cerard “Los Anceles Qalaksi”də ilk oyununa çıxdı - FOTO

Avropanın tanınmış klublarının iştirak edəcəyi Beynəlxalq Çempionlar Kubokunun ilk oyununda ABŞ-ın “Los Anceles Qalaksi” klubu Meksikanın “Klub Amerika” komandasını 2:1 hesabı ilə məğlub edib.

 

Stiven Cerardın “Liverpul”dan ayrıldıqdan sonra ilk dəfə meydana çıxdığı oyunda amerikalıların qollarını Robbi Kin və Alan Qordon vurub.

 

Bu il keçirilmə formatında dəyişiklik edilən Beynəlxalq Çempionlar Kuboku Şimali Amerika, Çin və Avstraliya olmaq üzrə 3 fərqli turnirdən ibarət olacaq.

 

Şimali Amerika turnirində “Los Anceles Qalaksi”, “Klub Amerika”dan əlavə “Barselona”, “Çelsi”, “Mançester Yunayted”, “Fiorentina”, PSJ, “Porto” kimi komandalar iştirak edəcəklər.

 

Çin turnirində “Real”, “İnter” və “Milan”, turnirin Avstraliya mərhələsində isə “Real”, “Roma” və “Mançester Siti” iştirakçı olacaq.

 

Qeyd edək ki, 2013-cü ildən təşkil olunan turnirin ilk qalibi “Real” olmuşdu. Ötən mövsüm isə “Mançester Yunayted” çempionluq sevinci yaşayıb.

Xəbər lenti