9 İyun 01:03 Çili məğlubiyyətdən qaçdı - VİDEO
FUTBOL xəbərləri 9 İyun 01:03
325 baxış

Çili məğlubiyyətdən qaçdı - VİDEO

Polşa millisi DÇ-2018-ə hazırlıq çərçivəsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, onların rəqibi mundialdan kənar qalan Cənubi Amerika çempionu Çili olub.

 

Gərgin mübarizədə keçən məhsuldar heç-heçəylə nəticələnib – 2:2. Düzdü, polşalılar Robert Levandovskinin 30-cu və Pyotr Zelinskinin 34-cü dəqiqədəki qolları ilə böyük üstünlük qazanıb.

 

İkinci qola 38-ci dəqiqədə Dieqo Valdeslə erkən cavab verən çilililər fasilədən sonra bərabərlik topunu da vurub. 56-cı dəqiqədə Miko Albornoz fərqlənib.

Xəbər lenti