25 Avqust 16:59 Çingiz Abdullayev təkzib edib, söz verdi
FUTBOL xəbərləri 25 Avqust 16:59
4471 baxış

Çingiz Abdullayev təkzib edib, söz verdi

“Hazırda işgüzar səfərlə əlaqədar Azərbaycanda olmasam da, komandanın çıxışını izləyirəm və klubdaxili vəziyyət barədə şura üzvlərindən mütəmadi məlumat alıram”. Apasport.az-ın məlumatına görə, bunu “Neftçi” klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.

 

Klubun rəsmi saytına danışan Abdullayev Topaz Premyer Liqasının III turu çərçivəsində keçirilmiş “Neftçi” - “Sumqayıt” matçında qazanılmış qələbə münasibətilə komanda üzvlərini təbrik edib: “Düzdü, çempionata istədiyimiz kimi başlamamışdıq, amma bu qələbənin uğurun başlanğıcı olduğunu düşünürəm. İnanıram ki, çempionatdakı fasilədən sonra komandanın göstərdiyi nəticələr yüksələn xətlə davam edəcək. Təbii ki, əsas heyətimizdən 9 futbolçusunun yığma komandamıza çağırıldığını da qeyd etməliyəm. İstərdik ki, onlar milli komandadakı uğurlu çıxışı ilə bizi sevindirsinlər və orada möhkəmlənsinlər”.

 

Abdullayev onun Müşahidə Şurasından istefa verəcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O söyləyib ki, bütün bunlar söz-söhbətdən başqa bir şey deyil: “Belə şayiələrə fikir verməyin heç bir əhəmiyyəti yoxdu. Əgər bundan nigaran olanlar varsa, bilsinlər ki, mən öz vəzifəmdəyəm və bütün proseslərə tam nəzarət edirəm. Hesab edirəm ki, biz düz yoldayıq və yaxın gələcəkdə bu komanda böyük uğurlara imza atacaq. İşgüzar səfərim başa çatdıqdan sonra sentyabr ayının əvvəllərində Müşahidə Şurasının növbəti iclasını keçirəcəyik”.

Xəbər lenti