14 İyun 21:34 Daha 4 futbolçu “Qəbələ”yə qoşuldu
FUTBOL xəbərləri 14 İyun 21:34
528 baxış

Daha 4 futbolçu “Qəbələ”yə qoşuldu

“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” Qəbələ toplanışının 3-cü gününü iki məşqlə başa vurub.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin düşərgəsindən qayıdan futbolçular da bugünkü hazırlıqlarda iştirak edib. Hacıağa Hacılı, Qismət Alıyev, Amin Seydiyev və Bəhlul Mustafazadə günün ilk yarısında komandadan ayrı çalışıblar.

İlk məşqi fitnes zalda gerçəkləşdirən gənclər günün ikinci yarısında komandayla birlikdə hazırlıq keçib.

Xəbər lenti