6 Sentyabr 22:13 “Daha çox şeyə ümid edirdik” – Pietro Gedin
FUTBOL xəbərləri 6 Sentyabr 22:13
4533 baxış

“Daha çox şeyə ümid edirdik” – Pietro Gedin

“Çox çətin oyun oldu. Azərbaycan əla formadadı”. Apasport.az saytının məlumatına görə, bunu Malta yığmasının baş məşqçisi Pietro Gedin deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində J qrupunun autsayderi olan Malta millisi bu gün Azərbaycan yığmasını qəbul edib. Qarşılaşma heç-heçə (2:2) başa çatıb. Görüşdən sonra keçirilən mətbuat konfransında Gedin bərabərliyi belə şərh edib:

 

“Biz bu gün yaxşı çıxış etdik. İtaliya ilə matçda çox güc sərf etmişdik. İlk qoldan sonra komandamız özünə gəldi”.

 

 

- Vurduğunuz hər iki qol Azərbaycan yığmasının müdafiə xəttinin səhvindən oldu. Hücumçulardan razı qaldınız?

- Müdafiə xəttinin səhvi normaldı. Azərbaycanın vurduğu ikinci qolda da bizim müdafiəçilər səhvə yol verdilər. Futbolda səhvlər normal haldı.

 

- Nəticədən məmnun qaldınız?

- Xeyr. Daha çox şeyə ümid edirdik. Azərbaycan yaxşı komandadı. İtaliya ilə matçdan sonra üzərimizdə çox təzyiq var idi. Əsas odu ki, birinci qoldan sonra toparlandıq.

Xəbər lenti