27 May 19:55 DÇ-2010 və Copa America-2016 şübhə altında
FUTBOL xəbərləri 27 May 19:55
504 baxış

DÇ-2010 və Copa America-2016 şübhə altında

Bu gün FİFA-da baş tutan ardıcıl həbslər artıq dünya gündəminin əsas mövzusudu. Apasport.az saytının məlumatına görə, saatlar ötdükcə yeni iddialar və ittihamlar meydana çıxır.

 

Artıq təhqiqatı aparan Amerika Birləşmiş Ştatlarının hüquq-mühafizə orqanları bəzi açıqlamalar veriblər.

 

ABŞ-ın baş prokuroru Loretto Linçin iddiaları isə daha maraqlıdır.

Baş prokurorun dediyinə görə, FİFA-nın  bəzi yüksək rütbəli məmurları böyük yarışların təşkili zamanı rüşvət alıblar.

 

Belə yarışlardan biri və ən əsas diqqət çəkəni 2010-cu ildə CAR-da keçirilmiş Dünya Çempionatıdır.

 

Digər belə birincilik isə 2016-cı ildə ABŞ-da baş tutacaq Copa Amerika-2016-dır.

 

Ümumilikdə isə həbs olunanlar barəsində 47 maddədən ibarət ittihamnamə hazırlanıb ki, bura dələduzluq, rüşvət, çirkli pulların yuyulması, oyun alveri və s. daxildi.

Xəbər lenti