13 İyun 15:00 DÇ-2026-nın ev sahibi açıqlandı
FUTBOL xəbərləri 13 İyun 15:00
2988 baxış

DÇ-2026-nın ev sahibi açıqlandı

2026-cı ildə dünya çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qərar bu gün Moskvada keçirilən FİFA-nın 68-ci konqresində verilib.

Mundialın ev sahibliyi üçün iki namizəd var idi. Bunlar Mərakeş və ABŞ-Kanada-Meksika “trio”sudu. Səsvermə nəticəsində yarışın ABŞ, Kanada və Meksikanın birlikdə təşkil etməsinə qərar verilib.

Qeyd edək ki, 2026-cı ildəki dünya çempionatında 48 komanda iştirak edəcək.

Xəbər lenti