11 Sentyabr 17:48 De Xea “Mançester Yunayted”lə yeni müqavilə bağladı
FUTBOL xəbərləri 11 Sentyabr 17:48
624 baxış

De Xea “Mançester Yunayted”lə yeni müqavilə bağladı

Madrid “Real”ına keçidi baş tutmayan David de Xea “Mançester Yunayted”lə yeni müqavilə imzalayıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, o, “mankunianlar”la 4 illik sözləşməyə qol çəkib.

 

Bununla bağlı fikirlərini bölüşən de Xea özünü xoşbəxt hiss etdiyini bildirib: “Mançester Yunayted”də yeni səhifə açdığım üçün şadam. Bu cür səviyyəli futbolçularla eyni komandada oynamaqdan həmişə məmnun olmuşam. “Mançester Yunayted” azarkeşləri dünyanın ən yaxşı azarkeşləridilər. Burda özümü rahat hiss edirəm. Məncə, inkişaf etməyim üçün ən rahat yerdi. Yenidən “Old Trafford”a çıxmağı səbirsizliklə gözləyirəm. Bu mövsüm yaxşı nəticə göstərməliyik”.

 

 

Xəbər lenti