14 İyun 10:22 De Xea "Real"a transferindən danışdı: "Peresdə nömrəm yoxdu"
FUTBOL xəbərləri 14 İyun 10:22
336 baxış

De Xea "Real"a transferindən danışdı: "Peresdə nömrəm yoxdu"

“Mançester Yunayted”in qolkiperi David De Xeanın “Real”a keçib-keçməyəcəyi uzun müddətdi müzakirə mövzusudu. Apasport.az saytının “Cadena Cope”yə istinadən məlumatına görə, ispan qapıçı məsələyə aydınlıq gətirməyə çalışıb.

De Xeanın sözlərinə görə, “qırmızı şeytanlar”dakı vəziyyət onu qane edir: “Məncə, Florentino Peresdə nömrəm yoxdu. “Real”ın qapıçısı olub-olmayacağımı bilmirəm. Bir şey dəqiqdi: “Mançester Yunayted”də məni hər şey qane edir. Hər futbolçu kimi, mən də titullar qazanmaq istəyirəm. “Mançester Yunayted”də uğur əldə edə bilərik, ancaq bunun üçün bir az da artırmalıyıq. Böyük klubuq, ikinci pillə bizə görə deyil”.

Qeyd edək ki, geridə qalan mövsümdə İngiltərə Premyer Liqasında 37 matçda meydana çıxan David De Xea bunların 18-də qapısında qol görməyib.

Xəbər lenti