10 Sentyabr 18:52 “Debütümün uğurlu alınması məni çox sevindirdi” – Məhəmməd Mirzəbəyov
FUTBOL xəbərləri 10 Sentyabr 18:52
919 baxış

“Debütümün uğurlu alınması məni çox sevindirdi” – Məhəmməd Mirzəbəyov

“Bu, Serbiyayla oyundan fərqli olaraq rəsmi matç idi. Əsas heyətdə meydana çıxacağımı oyuna 2 gün qalmış bilirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ İK” qəzetinə açıqlamasında milli komandamızın və “Qəbələ”nin müdafiəçisi Məhəmməd Mirzəbəyov deyib.

 

Müdafiəçi Avro-2016-nın seçmə mərhələ oyunları çərçivəsində keçirdikləri matçlar haqqında fikirlərini açıqlayıb:

 

“Prosineçkinin məni oynadacağını hələ məşqlərdə hiss etmişdim. Sevinirəm ki, həm baş məşqçinin etimadını doğrultdum, həm də güclü rəqiblə oyunda xal qazandıq. Hər halda, Xorvatiya Avropanın ən güclü yığma komandalarından biridir. Təbii ki, belə rəqiblə matçda rəsmi debütüm, onun da uğurlu alınması məni çox sevindirdi. Söz yox, “Real, “Barselona” və “Yuventus” kimi güclü klublarda çıxış edən futbolçulara qarşı oynamaq çətin idi. Ancaq şükür ki, rəqibin güclü təzyiqinə dözdük və xal qazandıq. Əlbəttə, məqsədim, həm də klubumuzu layiqincə təmsil etmək idi. Düşünürəm ki, “Qəbələ”li futbolçular da yaxşı təsir bağışladı”.

Xəbər lenti