30 İyul 01:50 “Demək olmaz ki, biz favoritik” – “Seltik”in baş məşqçisi
FUTBOL xəbərləri 30 İyul 01:50
6820 baxış

“Demək olmaz ki, biz favoritik” – “Seltik”in baş məşqçisi

“Bərabərsəviyyəli oyun oldu. Bizim rəqibə baxanda bir az daha çox şansımz oldu, ancaq bir qol vura bildik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Seltik”in baş məşqçisi Ronni Deyla deyib.

 

UEFA Avropa Liqası III tur ilk oyununda “Qarabağ”la qarşılaşan (1:0) “Seltik”in baş məşqçisi matçdan sonra oyun haqqında fikirlərini bildirib:

 

“Hesab oyunu tam əks etdirir. Biz güclü rəqibə qarşı oynayırdıq. Müdafiədə diqqətli idik, rəqibin hücumlarını vaxtında zərərsizləşriə bildik. Səfərdə bir qol da vursaq, rəqib artıq üçünü vurmalı olacaq. Demək olmaz ki, biz favoritik, ancaq şanslarımız pis deyil. Öz komandama inanıram, ancaq rəqibə də hörmət edirik. Növbəti oyunda göstərəcəyik ki, biz bu səviyyəyə layiqik”.

Xəbər lenti