24 Oktyabr 23:23 Denis Silva: “İnter”də pul problemi yoxdu - MÜSAHİBƏ
FUTBOL xəbərləri 24 Oktyabr 23:23
8361 baxış

Denis Silva: “İnter”də pul problemi yoxdu - MÜSAHİBƏ

Topaz Premyer Liqasının IX turu çərçivəsində öz meydanında “Rəvan” üzərində 2:0 hesablı qələbə qazanan “İnter”in müdafiəçisi Denis Silvanın apasport.az saytına müsahibəsi

 

- Autsayder üzərində qazanılan qələbəni necə xarakterizə edərdiniz?

- Vacib 3 xal qazandıq. Razıyam, qol vurmaq üçün şansımız çox olsa da, yalnız ikisindən istifadə edə bildik. Əsas uğurlu nəticə qazanmaq idi. Paltardəyişmə otağından çıxdıqdan sonra bu qarşılaşmanı unutduq. İndi növbəti matç haqda fikirləşməli və hazırlaşmalıyıq.

 

- Komandanız da səhvləri az olmadı. Bu, nədən qaynaqlanırdı?

- İndi əvvəlki oyunlara baxanda daha yaxşı çıxış edirik. Müxtəlif səhvlər olur ki, bu da normaldı. Amma “Rəvan”la oyunda yaxşı çıxış etdik. Hər oyundan sonra səhvlərimizi analiz edir, üzərində işləyirik.  

 

- “İnter” niyə sabit çıxış bilmir?

- Komandamız hər görüşə itkilərlə çıxır. Sabit heyətimiz yoxdu. Oyundan oyuna komanda yoldaşlarımızdan kimlərinsə meydana çıxmayacağı bəlli olur. Üstəlik, yeni qurulmuş komandayıq. Bizə birdən birə eyni səviyyədə oynamaq çətindi. Komanda bir yerdə çox oynadıqca, səhvlərimiz də azalacaq, nəticələrimiz də yaxşı olacaq. Heyətimizə baxın; görün necə futbolçumuz zədəlidi, cəzalı olanlar da var. Bunlar vacib, təsir edən amillərdi.

 

- Birinci dövrə sizin üçün başa çatdı və 17 xal toplamısınız. Bu nəticə planlarınıza uyğun gəlirmi?

- Hələ qarşıda çox oyunlar var. Bu isə hər şeyin dəyişə biləcəyi deməkdi. Biz çempionata problemlərlə başladıq. Heyətimiz yenidən quruldu, hazırlıq keçə bilmədik. Nəticədə bəzi oyunlarda yersiz xallar itirdik. Hazırda üçüncü pillədəyik və bu pis göstərici deyil.

 

- Liderlə aradakı xal fərqi sizi qorxuzmur?

- Əlbəttə, bizim “Qarabağ” və “Qəbələ”yə çatmaq şansımız var. Çünki onların hər biri ilə 3 dəfə qarşılaşacağıq. Problemlərimiz var. Yəqin ki, qış fasiləsi zamanı bunlar yoluna qoyulacaq və məqsədimizə nail olacağıq.

 

- Maliyyə durumu indi necədi?

- Hər şey qaydasındadı. Maaşlarımızı vaxtında alırıq. Komandada pul problemi yoxdu.

 

Xəbər lenti

Xəbər lenti