26 Aprel 16:13 Derbidə qanlı qarşıdurma- FOTOLAR
FUTBOL xəbərləri 26 Aprel 16:13
321 baxış

Derbidə qanlı qarşıdurma- FOTOLAR

Serbiya çempionatının son turunda əzəli rəqiblər “Srvena Zvezda” ilə “Partizan” üz-üzə gəlib. Apasport. az saytının məlumatına görə, Belqrad derbisi azarkeşlər və polis arasında qarşıdurma ilə yadda qalıb.

 

Hələ oyundan əvvəl gərginlik və xoşagəlməz hadisələr yarandığından, matç 45 dəqiqə gec başlayıb. Hər iki tərəfin azarkeşləri əllərindəki alətlər və oturacaqlarla bir-birilərini hədəfə alıblar.

 

Serbiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, olaylar nəticəsində 35 polis yaralanıb, 41 azarkeş isə saxlanılıb.    

 

Qeyd edək ki, Belqrad derbisində komandalar qolsuz heç-heçəyə razılaşıblar. Bu, rəqiblərin sayca 148 qarşılaşması olub. Son turun ardından “Partizan” 57 xalla 1-ci, “Srvena Zvezda” isə 52 xalla 2-ci pillədə qərarlaşıb. 

Xəbər lenti