30 İyul 11:47 "Di Mariyanın harda olduğunu bilirsizsə, mənə də deyin"
FUTBOL xəbərləri 30 İyul 11:47
924 baxış

"Di Mariyanın harda olduğunu bilirsizsə, mənə də deyin"

“Mançester Yunayted”in baş məşqçisi Lui van Qal maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, o, PSJ-yə keçmək üzrə olan Anxel di Mariya haqda danışmaq istəməyib.

 

Hollandiyalı çalışdırıcı di Mariya ilə bağlı verilən suala belə cavab verib: “Onun barədə hər həftə mənə sual verirsiz, hər dəfə də eyni cavabı eşidirsiz. Di Mariya hardadı? Bilmirəm. Onun harda olduğunu bəlkə siz bilirsiz? Bilirsizsə, mənə də deyin. PSJ-yə keçir? Nə bilim. Axı mən Loran Blan deyiləm. PSJ-nin yox, “Mançester Yunayted”in transferləri haqda danışa bilərəm”.

 

Qeyd edək ki, Anxel di Mariyanın tezliklə PSJ ilə müqavilə imzalayacağı haqda xəbərlər yayılıb.