13 Noyabr 14:43 Dieqo Kosta “Atletiko”ya mesaj yolladı: Qaytarın məni
FUTBOL xəbərləri 13 Noyabr 14:43
863 baxış

Dieqo Kosta “Atletiko”ya mesaj yolladı: Qaytarın məni

“Çelsi”nin hücumçusu Dieqo Kosta İngiltərədə xoşbəxt deyil. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, İspaniya millisinin üzvü bu ölkəyə dönmək niyyətindədi.

 

Kosta yenidən “Atletiko”nun formasını geyinməkdə maraqlıdı. Braziliya əsilli oyunçu bununla bağlı hətta Madrid klubuna mesaj da yollayıb. İspanlar da iki il əvvəl komandanı ölkə çempionluğuna daşıyan 27 yaşlı hücumçunu qaytarmağın əleyhinə deyillər. Lakin “Atletiko” rəhbərliyi bu transfer üçün külli miqdarda pul xərcləmək fikrində deyil.

 

“Çelsi” isə onun qayıtması müqabilində qarşı tərəfdən fransalı hücumçu Antuan Qrizmannı istəməyə hazırlaşır.

 

Qeyd edək ki, Dieqo Kosta bu mövsüm İngiltərə Premyer Liqasında 10 oyun keçirib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti