27 Oktyabr 16:07 Dimitar Berbatov “Qəbələ” ilə oyunu buraxa bilər
FUTBOL xəbərləri 27 Oktyabr 16:07
370 baxış

Dimitar Berbatov “Qəbələ” ilə oyunu buraxa bilər

“Qəbələ”nin Avropa Liqasındakı rəqibi PAOK yeni transferi Dimitar Berbatovun xidmətindən məhrum olub. Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, ulduz futbolçunun əzələsində dartılma əmələ gəlib.

 

Yunanıstan Superliqasının VIII turunda “Panatinaikos”u qəbul edən PAOK 28-ci dəqiqədə məhz Berbatovun penaltidən vurduğu qol sayəsində hesabı açsa da, 2 dəqiqə sonra bolqarıstanlı forvard əvəzlənmək məcburiyyətində qalmışdı. Həkim müayinəsindən sonra əzələsində problem aşkarlanan Berbatovun daxili çempionatda qarşıdakı 2 turla (“Pantrakikos”, “Asteras”) yanaşı, Avropa Liqasında “Krasnodar”la noyabrın 5-də keçiriləcək qarşılaşmanı buraxacağı artıq dəqiqdi.

 

İlkin ehtimala görə, Berbatov ayın ortalarında məşqlərə başlaya biləcək. Lakin həmin vaxt daha bir tibbi müayinəyə ehtiyac duyulacaq. Əgər zədəsi sağalmasa, 34 yaşlı forvard noyabrın 26-da “Qəbələ” ilə Salonikidəki görüşü də buraxa bilər.

 

Qeyd edək ki, “Panatinaikos” üzərində 3:1 hesablı qələbə qazanan PAOK 8 turdan sonra Yunanıstan Superliqasında 4-cü pillədə qərarlaşır.

Xəbər lenti