31 Avqust 08:44 Dmitri Bezotosnı: Odessadan getmək fikrim də yox idi
FUTBOL xəbərləri 31 Avqust 08:44
1386 baxış

Dmitri Bezotosnı: Odessadan getmək fikrim də yox idi

“Komandamı dəyişmək istəmirdim, bir yerdən başqasına köçmək ağırdı. Fikirlərim Odessa ilə bağlı idi. Bir neçə il də burada çıxış edib, klubun strukturunda qalmaq istəyirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı deyib.

 

Ukrayna mətbuatına açıqlama verən təcrübəli qolkiper ölkəmizə transferinə xatrlayıb. O, 2015-ci ilin əvvəlində “Qəbələ”yə keçdiyi vaxt legioner həyatı yaşamaq barədə düşünmədiyini bildirib: “Harasa xaricə deyil, heç Odessadan kənara getməklə bağlı fikrim də yox idi. Məşqçi dəvət edəndən sonra onun fikrini öyrənib, inandım və getdim. Axı 45-50 yaşıma qədər hansısa məbləğdə maaşım olmayacaq. Müəyyən müddətə qədər oynayacağımdan, gələcəyimi təmin etmək lazımdı. Ailəmi saxlamaq üçün qazanmalı,  özümü onlara həsr etməliyəm. Avropa Liqasında oynamışam, gedib “Privoz” və ya “7-ci kilometr”də alver edəsi deyiləm ki. Axı, bu da bir iş deyil, barmaqla göstərəcəklər”.