28 Oktyabr 09:33 Dmitri Nazarov: Hamımız sanki “sınmışdıq”
FUTBOL xəbərləri 28 Oktyabr 09:33
713 baxış

Dmitri Nazarov: Hamımız sanki “sınmışdıq”

“Ardıcıl məğlubiyyətlər bizi “sındırmışdı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarov deyib.

 

II Bundesliqa təmsilçisi “Karlsrue”nin formasını geyinən Nazarov komandasının son turlardakı çıxışını dəyərləndirib.

 

Ardıcıl məğlubiyyətlərdən sonra “qara zolaq”dan çıxmağı bacaran “Karlsrue” son oyunlarda azarkeşlərini qələbə ilə sevindirir.

 

Bununla bağlı Almaniya mətbuatına fikirlərini bölüşən təcrübəli futbolçu hazırda özlərini yaxşı hiss etdiklərini bildirib: “Məğlub olanda, özü də bu, bir neçə ardıcıl oyunda baş verəndə insana pis təsir edir. Hamımız sanki “sınmışdıq”. Amma çətin vəziyyətdən çıxmağı bacardıq. Hazırda xoşbəxtik və özümüzü yaxşı hiss edirik. Uğurlu oyunlar seriyasını “Nürnberq”lə matçda da davam etdirməliyik”.

 

Qeyd edək ki, 12 turdan sonra aktivində 15 xal olan “Karlsrue” turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. 

Xəbər lenti