27 Oktyabr 11:48 “Dnepr”in bombardiri “Qəbələ”yə gəlir?
FUTBOL xəbərləri 27 Oktyabr 11:48
7299 baxış

“Dnepr”in bombardiri “Qəbələ”yə gəlir?

“Qəbələ” heyətini daha bir ukraynalı futbolçu ilə gücləndirmək fikrindədi. Apasport.az-ın Ukraynanın "sportanalytic.com" saytına istinadən məlumatına görə, “Dnepr”in aparıcı hücumçusu Yevgeni Seleznyov karyerasını bu klubda davam etdirə bilər.

 

Ukrayna klubu ilə müqavilə müddəti mövsümün sonuna qədər olan 30 yaşlı oyunçuya “Dnepr” rəhbərliyi yeni saziş təklif etməyib. Bu isə o deməkdi ki, futbolçu yanvar ayından etibarən istədiyi komanda ilə razılıq əldə edə bilər.

 

Ukraynalı həmkarlarımızın iddiasına görə, “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk bundan istifadə edərək, Seleznyova Azərbaycana köçməyi təklif edib.

 

Lakin Ukrayna yığmasının üzvünü bura gətirmək heç də asan olmayacaq. Çünki onun sabiq komandası Donetsk “Şaxtyor”una qayıtmaq ehtimalı var. Luis Adrianonun “Milan”a keçidindən sonra hücum xətti ilə bağlı problem yaşayan Mirça Luçesku bu boşluğun məhz Seleznyovla doldurulmasını istəyir.

 

“Şaxtyor” və “Qəbələ” ilə yanaşı, “Fənərbaxça”, “Trabzonspor”, “Olimpiakos” və “Krasnodar” da tanınmış forvardın xidmətində maraqlıdılar.

 

Qeyd edək ki, Yevgeni Seleznyov cari mövsüm “Dnepr”in heyətində 12 qola imza atıb.

Xəbər lenti