10 Mart 12:40 Dodo Türkiyəyə getdi - FOTO
FUTBOL xəbərləri 10 Mart 12:40
314 baxış

Dodo Türkiyəyə getdi - FOTO

Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində martın 13-də “Simurq”la qarşılaşacaq “Qəbələ” bu matçın hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” cavab görüşünə bir itki ilə hazırlaşır.

 

Komandanın braziliyalı yarımmüdafiəçisi Luis Hilario Dodo hazırda Türkiyədədi. “Sambaçı”nın səfərdə məqsədi zədəsini müayinə etdirməkdi. Elə “Simurq”la keçirilən kubokun ilk oyununda zədələnən Dodonun cavab matçını buraxacağı dəqiqdi.

 

Braziliyalıdan fərqli, Türkiyədən yeni qayıdan Ruslan Əmircanov artıq məşqçilər korpusunun ixtiyarındadı. Milli komandamızın üzvü Premyer Liqanın ötən turunda əvəzedicilərin heyətində 90 dəqiqə meydanda olmaqla hazır olduğunu göstərib.

 

Qeyd edək ki, “Qəbələ” ilk oyunda “Simurq”a öz meydanında 0:3 hesabı ilə məğlub olub.

Xəbər lenti