7 Oktyabr 08:26 Dördüncü cəhd
FUTBOL xəbərləri 7 Oktyabr 08:26
520 baxış

Dördüncü cəhd

Azərbaycan milli komandası AVRO-2016-nın seçmə mərhələsindəki son ev oyununda İtaliya ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, oktyabrın 10-da baş tutacaq matç yığmamızın bu tarixdəki 4-cü görüşü olacaq.

 

1998-ci ildə eyni gündə AVRO-2000-in qarşılaşmasında Macarıstanı qəbul edən millimiz 0:4 hesabı ilə uduzmuşdu. 2009-cu ildə isə komandamız Lixtenşteynlə görüşüb. DÇ-2010-un matçında qalib gələn millimiz olub. Yığmamız səfərdə 2 cavabsız qola sevinib.

 

Ötən il oktyabrın 10-da isə Azərbaycan millisi İtaliyanın qonağı olub. Bu qarşılaşmada meydan sahibləri 2:1 hesabı ilə qalib gəlməyə nail olub.

Xəbər lenti