22 İyul 16:52 Draksler “Yuventus”un təklifini qəbul etdi
FUTBOL xəbərləri 22 İyul 16:52
648 baxış

Draksler “Yuventus”un təklifini qəbul etdi

“Şalke”nin və Almaniya yığmasının yarımmüdafiəçisi Yulian Draksler karyerasını İtaliya A seriyasında davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, 21 yaşlı futbolçu “Yuventus”dan gələn təklifə “hə” cavabı verib.

 

Drakslerin razılığını alan turinlilər indi də “Şalke” rəhbərliyi ilə ortaq məxrəcə gəlməlidilər.

 

“Qoca sinyora” Draksleri 1 illik icarəyə götürməyi planlaşdırır. Almanlar isə Draksleri 30 milyon avro qarşılığında birdəfəlik satmaq niyyətindədi.

 

Qeyd edək ki, istedadlı futbolçunun adı bir müddət öncə “Arsenal” və Madrid “Real”ı ilə birgə hallanırdı. 

Xəbər lenti