17 İyun 22:30 Droqba 2 illik təklifdən imtina etdi
FUTBOL xəbərləri 17 İyun 22:30
845 baxış

Droqba 2 illik təklifdən imtina etdi

“Çelsi”nin keçmiş hücumçusu Didiyer Droqba ABŞ klubu “Orlando Siti”nin iki illik təklifinə rədd cavabı verib. Apasport.az saytının “SKY Sport”a istinadən məlumatına görə, floridalılar Droqbanın Kaka ilə birlikdə yaxşı tandem ola biləcəyini düşünüblər.

 

Ancaq afrikalı hücumçu bu təklifdən imtina edərək başqa variantlar üzərində düşünməyə qərar verib.

 

Xatırladaq ki, daha əvvəl bir daha İngiltərə klublarında oynamayacağını bildirən Droqba ABŞ-dan gələn təkliflərə baxacağını demişdi.

Xəbər lenti