12 İyul 15:44 "Dünya çempionatında iştirak etmək istəyirəm" - Mourinyo
FUTBOL xəbərləri 12 İyul 15:44
350 baxış

"Dünya çempionatında iştirak etmək istəyirəm" - Mourinyo

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb. Apasport.az saytının RT-yə istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis dünya çempionatında iştirak etmək niyyətindədi.

 

“Həmişə demişəm ki, bir dəfə də olsa, mundialda iştirak etmək istəyirəm. Ancaq Rusiyaya gəldikdən sonra emosiyalarım daha da gücləndi. İndi daha da artığını istəyirəm. Heç vaxt belə qısamüddətli turnirlərin bir parçası olmamışam. Adətən, iştirak etdiyimiz turnirlər 11 ay davam edir. Bir gün özümü mundialda və ya Avropa çempionatında yoxlamaq pis olmaz. Gələcəkdə məşqçi kimi dünya çempionatına qatılmaq kimi bir istəyim var” – deyə, o qeyd edib.

 

Həmçinin Mourinyo digər millilərlə müqayisədə, daha çox Portuqaliya yığmasında çalışmaq istədiyini sözlərinə əlavə edib: “Təbii ki, öz ölkəmin yığmasını çalışdırmaq istəyərəm. “Portu”da Çempionlar Liqasını qazananda yaşadığım hisslər “İnter”dəkindən çox fərqli idi. Nə vaxt yığma komanda çalışdıracağımı dəqiq bilmirəm, ancaq bu, mütləq baş verəcək”.

Xəbər lenti