7 Oktyabr 19:39 Dünya çempionatlarında Afrika komandalarının sayı artırılacaq
FUTBOL xəbərləri 7 Oktyabr 19:39
449 baxış

Dünya çempionatlarında Afrika komandalarının sayı artırılacaq

FİFA dünya çempionatlarında Avropa ölkələrindən bir komandanın sayını azaldacaq. Apasport.az saytının məlumatına görə, bu haqda ali futbol qrumunun İcraiyyə Komitəsinin üzvü Teo Svansiqer deyib.

 

O bildirib ki, “Köhnə qitə”nin bir millisinin əvəzinə, Afrika ölkələrinə daha bir yer ayrılacaq. Bu qərar isə 2018-ci ildə Rusiyada baş tutacaq mundial üçün keçərili olacaq. Svansiqerin sözlərinə görə, FİFA prezidenti Yozef Blatter də bu fikirlə razıdır.

 

Qeyd edək ki, Braziliyada keçirilən son dünya çempionatında Afrikanı 5 ölkə komandası təmsil edirdi. Mundiala Avropadan isə 13 komanda qatılmışdı. 

Xəbər lenti