9 İyun 00:01 Dünya çempionundan çətin qələbə
FUTBOL xəbərləri 9 İyun 00:01
493 baxış

Dünya çempionundan çətin qələbə

DÇ-2018-ə hazırlaşan Almaniya və Səudiyyə Ərəbistanı yığmaları yoxlama oyununda qarşılaşıb. Apasport.az saytının məlumatına görə, son dünya çempionu olan Bundestim asiyalılar üzərində çətin qələbə qazanıb – 2:1.

 

Timo Verner 8-ci dəqiqədə erkən qola sevinsə də, bundan sonra yalnız ərəblər fərqlənib. 43-cü dəqiqədə Ömər Hausavi avtoqola üzülüb.

 

Hakimin final fitinə 6 dəqiqə qalmış Məhəmməd Əl-Şəhavi penaltidən istifadə edə bilməyib. Lakin həmin epizodda Tasir Əl-Jassim fərqi azaltmağa müvəffəq olub.

Xəbər lenti