27 Oktyabr 17:07 Eddi İsrafilovdan “rekord” göstərici
FUTBOL xəbərləri 27 Oktyabr 17:07
1969 baxış

Eddi İsrafilovdan “rekord” göstərici

Azərbaycan yığmasının futbolçusu Eddi İsrafilov İspaniyanın “Eybar” klubundakı göstəricisini yaxşılaşdırıb. Apasport.az saytı xəbər verir ki, gənc yarımmüdafiəçi buna “Barselona” ilə çempionat oyununda nail olub.

 

La Liqanın IX turu çərçivəsində keçirilmiş görüşə İsrafilov start heyətində çıxmasa da, fasilədə komanda yoldaşı Dani Qarsiyanı əvəzləyib. “Nou Kamp”dakı matçın bir hissəsində iştirak edən İsrafilov bununla da “Eybar”ın heyətində meydanda ən çox olduğu oyununu keçirib.

 

Qeyd edək ki, millimizin üzvü matçın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

 

 

Xəbər lenti