11 Noyabr 22:55 Eden Hazard məhkəməyə çıxacaq
FUTBOL xəbərləri 11 Noyabr 22:55
472 baxış

Eden Hazard məhkəməyə çıxacaq

“Çelsi”nin yarımmüdafiəçisi Eden Hazard məhkəmədə şahid kimi ifadə verəcək. Apasport.az saytının “Daily mail”ə istinadən məlumatına görə, belçikalı futbolçu londonluların keçmiş həkimi Eva Karneyro ilə klub arasındakı məhkəmədə şahid kimi dindiriləcək.

 

Qeyd edək ki, İngiltərə Premyer Liqasının ilk turunda “Suonsi” ilə matçda məhz Hazardın zədələnməsindən sonra xanım həkim icazəsiz meydana daxil olmuş və bundan sonra da baş məşqçi Joze Mourinyonun kəskin qınağı ilə üzləşmişdi.

 

Hadisələrin sonrakı inkişafı isə Karneyronun klubdan ayrılması ilə nəticələnmişdi.

Xəbər lenti