11 Noyabr 10:53 Əfsanəvi məşqçi  “Qəbələ”nin yer aldığı qrupu dəyərləndirdi
FUTBOL xəbərləri 11 Noyabr 10:53
5706 baxış

Əfsanəvi məşqçi “Qəbələ”nin yer aldığı qrupu dəyərləndirdi

“İqor Tudorun rəhbərliyi altında PAOK-un çıxışını diqqətlə izləyirəm. Onların, xüsusən də, Avrokubok matçlarına baxıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri əfsanəvi italiyalı məşqçi Marçello Lippi deyib.

 

“Qəbələ”nin Avropa Liqasındakı rəqiblərindən olan PAOK-un baş məşqçisi İqor Tudor futbolçu karyerasında 6 il Lippinin rəhbərliyi altında “Yuventus”da çıxış edib. Keçmiş yetirməsinin məşqçiliyini dəyərləndirən Lippi onun gələcəyinin parlaq olduğunu düşünür.

 

67 yaşlı mütəxəssis Yunanıstan mətbuatına açıqlamasında PAOK-un Avroliqadakı şanslarını dəyərləndirib: “10 ilə yaxın “Yuventus”u çalışdırmışam. Bu müddətdə rəhbərliyim altında oynayan 30 futbolçu indi məşqçilik edir. Onların əksəriyyəti artıq məşqçi kimi də öz sözünü deməyi bacarıb. PAOK-un “sükanı arxası”nda olan Tudorun da bir gün İtaliyada böyük klublardan birini çalışdıracağını düşünürəm. Onun komandası Avrokubokda yaxşı müdafiə olunmaqla diqqətimi çəkir. Məncə, kifayət qədər güclü qrupun 4 oyununda 3 qol buraxmaq pis nəticə deyil. PAOK “Borussiya” (Dortmund) kimi komanda ilə heç-heçə edib. Fikrimcə, Tudor komandasını bu qrupdan çıxara bilər”.

 

Qeyd edək ki, Marçello Lippi 1994-1995 və 2001-2004-cü illərdə “Yuventus”u çalışdırıb. İqor Tudor isə 1998-2007-ci illərdə Turin klubunun formasını geyinib.