13 Noyabr 16:58 “Əgər bu baş versə...” – Pavel Paşayev
FUTBOL xəbərləri 13 Noyabr 16:58
951 baxış

“Əgər bu baş versə...” – Pavel Paşayev

“Yoldaşlıq görüşü olmasına baxmayaraq, qələbə qazanmağa çalışacağıq. Yaxşı oyuna ümid edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayev deyib.

 

Noyabrın 17-də Moldova yığmasına qarşı keçiriləcək oyunla bağlı fikir bildirən gənc futbolçu bu qarşılaşmada millidə debüt edəcəyinə inanır: “Bu vaxta qədər yığmanın heyətində hələ debüt etməmişəm. Bu üzdən də debütümü səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, baş məşqçi Moldova ilə görüşdə mənə şans verəcək. Əgər bu baş versə, özümü yaxşı tərəfdən göstərməyə çalışacam. “Metallurq”da (Zaporojye) oynamasam da, ordakı aqibətimin yaxşı olacağını düşünürəm. Mənə elə gəlir ki, klubumda çıxış etməməyim millidəki debüt oyunuma pis təsir etməyəcək”.

 

Qeyd edək ki, Azərbaycan – Moldova oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər lenti