25 Avqust 13:48 “Ehtiyatı əldən vermək olmaz” - “Panatinaikos”un hücumçusu
FUTBOL xəbərləri 25 Avqust 13:48
815 baxış

“Ehtiyatı əldən vermək olmaz” - “Panatinaikos”un hücumçusu

“Yığma komandaların çıxışı səbəbindən yaranacaq fasiləyə qədər 3 ağır oyun keçirməli idik. Artıq birini geridə qoymuşuq. İndi həm Avropa Liqasında “Qəbələ”, həm də Superliqada “Kalloni”ni məğlub edib, fasiləyə yüksək-əhval ruhiyyədə yollanmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu “Panatinaikos”un hücumçusu Markus Berq deyib.

 

İsveçli forvard Yunanıstan mətbuatına açıqlamasında UEFA Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” ilə keçiriləcək oyun öncəsi şansları dəyərləndirib. 29 yaşlı futbolçu komandasını cütün favoriti hesab edir: “Pantelokis” üzərində qələbə həm çempionata uğurlu başlanğıc etməyimizə, həm də “Qəbələ” ilə oyun öncəsi əhvalımızın artmasına kömək oldu. Artıq bütün diqqətimizi Avrokubok matçına yönəltmişik. Bakıda bir qədər ehtiyatlı oynamağımız başadüşülən olmalıdı. Çünki səfərdə qol buraxmamaq hər şeydən vacib idi. Hətta mən deyərdim ki, qələbə də qazana bilərdik. Afinada isə azarkeşləri fərqli oyun gözləyir. Bu dəfə daha çox hücum futbolu sərgiləyəcəyik. Ancaq ehtiyatı da əldən vermək olmaz. Çünki rəqibin heyətində fərdi ustalığı ilə diqqət çəkən oyunçular var. İstənilən halda, fikrimcə, istədiyimiz oyunu göstərə bilsək, qrup mərhələsinə adlayan tərəf biz olacağıq”.

 

Qeyd edək ki, ilk oyunda qolsuz bərabərə qalan “Panatinaikos”la “Qəbələ”nin Afinadakı cavab qarşılaşması avqustun 27-də baş tutacaq.

Xəbər lenti