11 Noyabr 11:36 “Əla formadayıq” – “Tottenhem”in  futbolçusu
FUTBOL xəbərləri 11 Noyabr 11:36
619 baxış

“Əla formadayıq” – “Tottenhem”in futbolçusu

“Komandamız son vaxtlar çox “artırıb”. Hazırda əla formadayıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Tottenhem” klubunun futbolçusu Erik Lamela deyib.

 

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan londonluların hücumçusu İngiltərə mətbuatına komandanın hazırkı vəziyyəti ilə bağlı açıqlama verib.
 

Argentinalı forvard həm Premyer Liqa, həm də Avroliqada iddialı olduqlarını bildirib. Bundan əlavə, o, növbəti mövsümdə Çempionlar Liqasında oynamaq istədiyini qeyd edib: “Komandada özünəinamın olması vacibdi. Həm Premyer Liqada, həm də Avropa Liqasında işlərimiz qaydasında gedir. Amma “Tottenhem”ə keçəndən Çempionlar Liqasında oynamağı arzulamışam. Bu il buna yaxınıq. İngiltərə çempionatında “Çelsi”nin işləri yolunda getmir. Bundan istifadə edərək, “Çelsi”nin yerini tutub, ilk “dördlük”də qərarlaşmalıyıq. Avroliqada da sona qədər irəliləmək fikrindəyik. Əgər iddian varsa, çox şeyə nail ola bilərsən”.  

 

Qeyd edək ki, noyabrın 26-də Bakıda “Qarabağ”ın qonağı olacaq “Tottenhem” 3 gün sonra öz meydanında “Çelsi” ilə çempionat görüşünə çıxacaq. 

 

 

Xəbər lenti