28 İyun 12:20 “Elazığspor” Nurlan Novruzova qapını göstərdi
FUTBOL xəbərləri 28 İyun 12:20
6469 baxış

“Elazığspor” Nurlan Novruzova qapını göstərdi

Topaz Premyer Liqasının 2014/15 mövsümünün ən yaxşı bombardiri olan Nurlan Novruzovun Türkiyənin “Elazığspor” klubuna keçidi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, “Bakı”nın heyətində 15 qolla çempionatın ən məhsuldar oyunçusu olan 22 yaşlı hücumçu I liqa klubu ilə anlaşa bilməyib.

 

Tərəflər arasında danışıqların 1-ci mərhələsi ilkin anlaşma ilə nəticələnsə də, sonda ortaq məxrəcə gəlinməyib. Belə ki, 1+1 illik müqaviləyə qol çəkəcəyi gözlənilən Nurlan türkiyəlilərin təklif etdiyi maliyyə şərtləri ilə razılaşmayıb.

 

Nəticədə karyerasında ilk dəfə legioner həyatı yaşamağa yaxın olan hücumçu başqa klubla bağlı variantları axtarmağa qərar verib.

 

Qeyd edək ki, Novruzov indiyədək Premyer Liqada 75 oyun keçirib, 21 qol vurub.

Xəbər lenti