26 Oktyabr 12:17 “Elə bildilər ki, dünyanın sonu gəlib” – Yurgen Klopp
FUTBOL xəbərləri 26 Oktyabr 12:17
789 baxış

“Elə bildilər ki, dünyanın sonu gəlib” – Yurgen Klopp

“Qələbə qazanmaq məcburiyyətində olan 2 komanda qarşılaşırdı. Bizimlə müqayisədə rəqib həftə-içi Avrokubok oyunu keçirməmişdi”. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Liverpul”un baş məşqçisi Yurgen Klopp deyib.

 

“Mersisaydlılar” İngiltərə Premyer Liqasının X turu çərçivəsində “Sauthempton”la 1:1 hesablı heç-heçə ediblər.

 

Matçla bağlı fikirlərini bölüşən Klopp məğlubiyyəti özünəməxsus şəkildə şərh edib: “Rəqib yüksək pressinq tətbiq etdi, zonaları bağlamağa çalışdı, amma biz çəkinmədən oynadıq. Qol vəziyyətləri yaratdıq, qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Hesabı açdıqdan sonra qələbəni təmin etmək lazım idi. Hamı bilir ki, “Sauthempton” kimi komandalarla matçda standart vəziyyətlər zamanı ehtiyatlı olmalısan. Buna baxmayaraq, bəxtimiz gətirmədi, rəqib hesabı bərabərləşdirdi. Qələbə qolunu vurmaq üçün vaxt var idi, amma komandada özünəinam çatışmadı”.

 

Klopp bildirib ki, qol buraxdıqdan sonra yenidən hesabda önə keçmək üçün komandasında özünəinam çatışmayıb: “Qol buraxanda futbolçularımız elə bildilər ki, dünyanın sonu gəlib. Ancaq belə deyildi. Sadəcə, hesab bərabərləşmişdi və biz yenidən irəli atılmalı, ikinci qolu vurmalı idik. Bu oyundan dərs götürməliyik”.  

Xəbər lenti