8 May 16:22 Ələkbər Məmmədovun xatirəsi yad olunub - VİDEO
FUTBOL xəbərləri 8 May 16:22
247 baxış

Ələkbər Məmmədovun xatirəsi yad olunub - VİDEO

Bu gün Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, görkəmli idman xadimi, əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, professor Ələkbər Məmmədovun 85 illik yubileyi münasibətilə AFFA və Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə xatirə tədbiri keçirilib.

 

AFFA-nın əməkdaşları, futbol veteranları, idman ictimaiyyətinin nümayəndələri II Fəxri Xiyabanda Ələkbər Məmmədovun, eləcə də Anatoli Banişevski və Tofiq Bəhramovun məzarını ziyarət ediblər. Sonra isə Bayıl stadionunda yoldaşlıq oyunu təşkil olunub. “Neftçi”klubunun veteranlarından ibarət komanda ilə Azərbaycan milli yığma komandalarında çalışan məşqçilərdən və AFFA-nın əməkdaşlarından təşkil olunmuş komanda arasında keçirilən oyundan əvvəl Ələkbər Məmmədovun xatirəsini yad etmək məqsədilə və Şuşa şəhərinin işğalı ilə əlaqədar 1 dəqiqəlik sükut elan olunub.

Yoldaşlıq oyunu 4:2 hesabı ilə “Neftçi”klubunun veteranlarından ibarət komandanın xeyrinə başa çatıb. Veteranların heyətində Musa Qurbanov het-trik edib, 1 dəfə isə Vəli Qasımov fərqlənib. Oyundakı digər 2 qolun müəllifi isə Vüqar Məmməd və Nazim Süleymanov olub.

 

Xəbər lenti