12 Noyabr 22:43 Elnur Məmmədov “Kick-Off” tədbirində - FOTOSESSİYA
FUTBOL xəbərləri 12 Noyabr 22:43
628 baxış

Elnur Məmmədov “Kick-Off” tədbirində - FOTOSESSİYA

“Hyatt Regency Dusenbe” otelində Asiya Futbol Konfederasiyasının (AFK) birgünlük konfransı keçirilib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, konfransda “Kick-Off” layihəsi çərçivəsində Tacikistanda futbol infrastrukturlarının inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

 

Konfransda AFK-nın “Kick-Off” layihəsinin Tacikistan üzrə meneceri Yoqeş Desay, AFK-nın məsləhətçisi, Azərbaycanın “Neftçi” klubunun İcraçı direktoru Elnur Məmmədov, Tacikistan Futbol Federasiyasının (TFF) vitse-prezidenti Dilşod Curayev, Tacikistan Milli Futbol Liqasının meneceri Alişir Urunov, yüksək və birinci liqa klublarının rəhbərləri və təmsilçiləri iştirak ediblər.

 

Seminarın iş proqramının gedişində idarəetmə və infrastrukturla bağlı aktual məsələlər müzakirə olunub. Olduqca maraqlı keçən tədbirdə iştirakçılara bir sıra gərəkli məlumatlar verilib.

 

Qeyd edək ki, Tacikistan Futbol Federasiyası bu ildən etibarən “Kick-Off” inkişaf proqramına qoşulub.

Xəbər lenti