22 İyul 16:27 Elnur Məmmədov: Onlar üçün böyük şans yaranıb
FUTBOL xəbərləri 22 İyul 16:27
628 baxış

Elnur Məmmədov: Onlar üçün böyük şans yaranıb

“Neftçi”nin icraçı-direktoru Elnur Məmmədov bu gün “ağ-qaralar”ın U-17 komandasının üzvləri ilə görüşüb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, tədbir yeni mövsümə hazırlığını davam etdirən baş məşqçi Elşad Əhmədovun yetirmələrinin səhər məşqindən sonra baş tutub.

 

Görüşdə çıxış edən Məmmədov əsas məqsədin gələn il 17 yaşadək komandalar arasında Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın U-17 milli komandasının heyətinə düşmək olduğunu bildirib:

“2012-ci ildə 17 yaşadək qızlardan ibarət yığmamız dünya çempionatının final mərhələsində mübarizə aparıb, indi isə 17 yaşadək oğlan futbolçulardan ibarət milli komandamız ilk dəfə olaraq Avropa çempionatının final mərhələsində iştirak edəcək. Bu cür mötəbər turnirlərdə Avropanın, demək olar, bütün top klublarının seleksiyaçılarının gözü final mərhələlərində iştirak edən futbolçularda olur. Yəni siz futbolçular üçün böyük şans yaranıb. U-17 millimizin heyətinə düşməklə həm Azərbaycan futboluna fayda verərsiz, həm də əcnəbi skautların diqqətini cəlb etməklə daha da uğurlu karyera qurmuş olarsız. Bunları nəzərə alaraq, sentyabrda sizin üçün ingilis dili kursları təşkil edəcəyik”.

 

Buna görə də 17 yaşlıların üzərinə böyük bir məsuliyyət düşdüyünü vurğulayan Məmmədov hazırlıq prosesinin gedişatı ilə yaxından tanış olaraq U-17 üzvlərinin hər birinə yeni mövsümdə uğurlar arzulayıb.

Xəbər lenti