28 Avqust 15:13 Elvin Məmmədov millinin toplanışından azad edildi
FUTBOL xəbərləri 28 Avqust 15:13
2111 baxış

Elvin Məmmədov millinin toplanışından azad edildi

“Qarabağ”ın futbolçusu Elvin Məmmədov millinin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində gələn ay Xorvatiya və Malta ilə keçirəcəyi oyunlarda iştirak edə bilməyəcək. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi atasının vəfatı ilə əlaqədar millinin düşərgəsini tərk edib.

 

Yığmanın baş məşqçisi Robert Prosineçki bunu nəzərə alaraq, Məmmədovu təlim-məşq toplanışından azad edib.

 

Qeyd edək ki, yığmamız Xorvatiya ilə sentyabrın 3-də, Malta ilə ayın 6-da qarşılaşacaq.