8 Oktyabr 14:37 “Emil Balayev qışa qədər oynamayacaq” – Armin Fe
FUTBOL xəbərləri 8 Oktyabr 14:37
5839 baxış

“Emil Balayev qışa qədər oynamayacaq” – Armin Fe

Almaniyanın “Ayntraxt” klubunun üzvü Emil Balayev qışa qədər yaşıl meydanlardan uzaq qalacaq. Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin baş məşqçisi Armin Fe məlumat verib.

 

Onun sözlərinə görə, Balayev bu aylarda heç bir oyuna çıxa bilməyəcək: “Emil indiki məqamda alternativ qapıçı sayılmır. Çünki qışa qədər hər hansı bir oyunda iştirak etməsi mümkün deyil”.

 

Komandada 3-cü qapıçı funksiyasını yerinə yetirən Emilin məşqlərdən kənarda qalmasının səbəbi stomatoloji əməliyyat keçirməsi ilə bağlıdı.

 

Bu səbəbdən məşqçilər korpusu onun indiki məqamda komandanın əsas qapıçısı olmağa iddia etməsini imkansız sayırlar. Emil tam sağaldıqdan sonra sıraya dönəcək ki, bunun üçün ən azı, dekabrı gözləmək lazım olacaq.

 

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Emil bu ilin əvvəlindən “Ayntraxt”ın futbolçusudu. 

Xəbər lenti