8 İyul 20:49 Emil Balayevin əsas rəqibi klubdan ayrıldı
FUTBOL xəbərləri 8 İyul 20:49
704 baxış

Emil Balayevin əsas rəqibi klubdan ayrıldı

Almaniyanın “Ayntraxt” klubunun qapıçısı Kevin Trapp PSJ ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, bu barədə fransızların rəsmi saytı açıqlama verib.

 

Bildirilir ki, oyunçu ilə 5 illik müqavilə imzalanıb. Keçid üçün alman klubuna 9 milyon avro ödənilib.

 

Qeyd edək ki, 25 yaşlı qapıçı 2012-ci ildən “Ayntraxt”ın qapısını qoruyur. O, frankfurtluların forması ilə 82 oyunda meydan çıxıb.

 

Əlavə olaraq bildirək ki, milli komandamızın qapıçısı Emil Balayev də “Ayntraxt”da çıxış edir və hazırda klubdan ayrılmış Trapp onun əsas rəqiblərindən biri idi.

Xəbər lenti