30 İyun 12:18 Emil Balayevin komandası qapıçı axtarır
FUTBOL xəbərləri 30 İyun 12:18
1152 baxış

Emil Balayevin komandası qapıçı axtarır

“Düşünürəm ki, Trapp “Ayntraxt”da qalacaq. Amma getsə belə, bu məsələ bizi narahat etməyəcək”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun yeni baş məşqçisi Armin Fe deyib.

 

Azərbaycan yığmasının üzvü, gənc qapıçı Emil Balayevin də çıxış etdiyi Frankfurt təmsilçisi yay transfer dövründə heyətinə yeni qolkiper qata bilər.

 

Trappın PSJ-nin transfer gündəmində olması rəhbərliyi axtarışa çıxmağa vadar edib.

 

Fe bildirib ki, indiki məqamda Almaniyadan istədikləri qapıçını ala bilməzlər: “Almaniyada yaxşı qapıçılar çoxdu. Ancaq onların transfer qiymətləri bahadı. Hazırkı məqamda komandada Trappdan əlavə, 3 qolkiper – Haynts Lindner, həmçinin istedadlı gənclər Emil Balayev və Yannik Zummak da var. Əgər Trapp “Ayntraxt”dan ayrılsa, ölkə xaricində qapıçı axtaracağıq”.

 

Bu arada, Frankfurt təmsilçisi “Tvente”nin hücumçusu Luk Kastaynosla razılığa gəlib. Tərəflər arasında yaxın günlərdə müqavilə imzalanacaq.  

Xəbər lenti

Xəbər lenti