13 Avqust 09:35 Emil Balayevin komandasından daha bir transfer
FUTBOL xəbərləri 13 Avqust 09:35
625 baxış

Emil Balayevin komandasından daha bir transfer

Yığma komandamızın qapıçısı Emil Balayevin formasını geyindiyi “Ayntraxt” klubu transfer çalışmalarını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bundesliqa təmsilçisi daha bir futbolçunu heyətinə cəlb edib.

 

Frankfurtlular “Voyvodina”nın yarımmüdafiəçisi Miyat Qaçinoviçlə anlaşıblar. 20 yaşlı futbolçu yeni komandası ilə 4 illik müqaviləyə qol çəkib. Serbiyanın gənclər yığmasının üzvü “Ayntraxt”da 11 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, Almaniya Bundesliqasında 2015/16 mövsümü bu həftə sonu start götürəcək. “Ayntraxt” ilk matçını avqustun 16-da səfərdə “Volfsburq”a qarşı keçirəcək.

Xəbər lenti