9 Sentyabr 14:30 Əmrah Çəlikəl: Dimitrovskini artıq “Qarabağ”ın futbolçusu saymaq olar
FUTBOL xəbərləri 9 Sentyabr 14:30
7850 baxış

Əmrah Çəlikəl: Dimitrovskini artıq “Qarabağ”ın futbolçusu saymaq olar

Ölkəmizi UEFA Avropa Liqasında təmsil edən “Qarabağ” növbəti transferini rəsmiləşdirib. Bu barədə apasport.az saytına Ağdam klubunun icraçı-direktoru Əmrah Çəlikəl məlumat verib.

 

O bildirib ki, çoxdan razılığa gəldikləri makedoniyalı müdafiəçi Vladimir Dimitrovskinin keçidini rəsmiləşdiriblər: “Dimitrovskini artıq “Qarabağ”ın futbolçusu saymaq olar. Onunla 1+1 formatında müqavilə imzaladıq. Dimitrovskinin adını PFL-ə göndərdiyimiz iştirak ərizəsinə əlavə etdik. Əgər baş məşqçi Qurban Qurbanov şans verərsə, bu həftə “Xəzər Lənkəran”la keçiriləcək çempionat matçında debüt edə bilər”.

 

Ə. Çəlikəl bildirib ki, “Qarabağ” transfer çalışmalarını yekunlaşdırıb: “Daha transfer gözlənilmir. Heç bir futbolçu ilə danışıq aparmırıq”. 

Xəbər lenti