7 Sentyabr 10:18 “Ən çətin fiziki mübarizə məhz bizim qrupda gedir” – Konte
FUTBOL xəbərləri 7 Sentyabr 10:18
3083 baxış

“Ən çətin fiziki mübarizə məhz bizim qrupda gedir” – Konte

“Son 2 oyunda 6 xal qazandıq. Bu nəticə bizim üçün çox vacib idi. Əgər xal itkisi ilə üzləşsəydik, qrupdakı vəziyyətimiz kritik olacaqdı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri İtaliya yığmasının baş məşqçisi Antonio Konte deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Maltaya qalib gələn (1:0) “Skuadra Adzurra” dünən Bolqarıstan üzərində də eyni hesablı qələbə qazanıb. Nəticədə italyanlar qrup birinciliyini ələ keçiriblər.

 

Matçla bağlı fikirlərini bölüşən Konte bildirib ki, hələ arxayınlaşmaq üçün tezdi: “Hələ də arxayınlaşa bilmərik. Çünki final mərhələsinə vəsiqəni təmin etməmişik. Buna görə də, seçmə mərhələnin sonuna qədər həyəcanda qalacağıq. İstənilən vaxt xoş olmayan sürprizlə üzləşə bilərik. Buna yol verməmək üçün diqqətli olmalıyıq. Qarşıda hələ 2 oyunumuz var və həmin görüşlərdə də meydanı 3 xalla tərk etməliyik”.

 

Təcrübəli məşqçi Avropa çempionatının seçmə mərhələsində ən çətin mübarizənin məhz H qrupunda getdiyini qeyd edib: “Qrupumuzda asan rəqibin olmadığını hamı anladı. Mən deyərdim ki, ən çətin fiziki mübarizə məhz bizim qrupda gedir. Seçmə mərhələyə yaxşı başlayan Xorvatiya yığması da bu halın şahidi oldu”.

 

Qeyd edək ki, İtaliya AÇ-2016-nın təsnifat mərhələsində növbəti görüşünü oktyabrın 10-da Bakıda millimizə qarşı keçirəcək. 

Xəbər lenti