16 Oktyabr 22:08 “Ən yaxşı oyunlarımız hələ irəlidədi” – Şahin Diniyev
FUTBOL xəbərləri 16 Oktyabr 22:08
827 baxış

“Ən yaxşı oyunlarımız hələ irəlidədi” – Şahin Diniyev

“Məncə, oyun maraqlı alındı. Xoşbəxtliyi rəqib qapısında axtarmağa və qol vurmağa çalışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

 

Topaz Premyer Liqasının VIII turunun ilk oyununda “Rəvan”ın qonağı olan gəncəlilərin baş məşqçisi oyun haqqında fikirlərini açıqlayıb:

 

“İlk hissədə son nöqtəni qoya bilmirdik. Daha sonra dəyişiklik etdik. Ebahın meydançaya daxil olduqdan sonra dərhal qol vurması komandamın əl-qolunu açdı. Düşünürəm ki, ən yaxşı oyunumuzu yox, sadəcə, bunlardan birini oynadıq. Ən yaxşı oyunlarımız isə hələ irəlidədir. Bu soyuqda Bakıya gəlib, komandaya dəstək olan azarkeşlərimizə də təşəkkür edirəm. Ebah qol vursa da, sakitləşmək olmaz, Kamerundan gəlib, iqlimə tam uyğunlaşmayıb. İstənilən futbolçu yaxşı oynamaqla əsas heyətin daimi üzvünə çevrilə bilər. Ebahın qol vurması yaxşı haldı, amma hələ onun pik formada olduğunu deyə bilmərəm. Sadəcə, onu vurğulayım ki, əvvəl hücumçu problemimiz vardı. Mən həmin vaxt dəyişikliklər edə bilmirdim. İndi isə hücumda dəyişikliklər etmək iqtidarındayam”.

Xəbər lenti

Xəbər lenti